...

Cəbhə xəttinə yaxın ərazilərdə ilanlar çoxalıb

Cəmiyyət Materials 9 Sentyabr 2013 13:43 (UTC +04:00)
Cəbhə xəttinə yaxın ərazilərdəki əkin sahələrində ilanların sayı artıb.
Cəbhə xəttinə yaxın ərazilərdə ilanlar çoxalıb

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir İ.İzzət/

Cəbhə xəttinə yaxın ərazilərdəki əkin sahələrində ilanların sayı artıb.

Trend EL TV-yə istinadən xəbər verir ki, Azərbaycan və Ermənistan Silahlı qüvvələrinin təmas xəttinə yaxın ərazilərdə yaşayan insanlar düşmən gülləsi ilə yanaşı, zəhərli canlılardan da qorunmaq məcburiyyətindədirlər. "El" televiziyasının məlumatına görə, Ağdamın Sarıcalı kənd sakinləri deyiblər ki, bu il əkin sahələrində ilanlara daha çox rast gəlinir. Bunlar əsasən qızılilan və Qafqaz gürzələridir. Sakinlər bildiriblər ki, ilanlar daha çox yonca sahələrinə meyil edirlər. Buna səbəb isə bu sahələrin ilanların yaşaması üçün daha əlverişli olmasıdır. Sakinlər ilan sancması zamanı ilkin olaraq türkəçarə yolu ilə zəhərin bədənə yayılmamasına çalışırlar. Daha sonra isə həkimə müraciət edirlər.

Mütəxəssislərin söylədiklərinə görə, cəbhəyanı ərazilərdə ilanların çoxalmasının əsas səbəbi ermənilərin işğal altında yerləşən ərazilərdə törətdikləri yanğınlardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti