...

Fazil Mustafa: Azərbaycanda bəzi ali məktəblər, xəstəxanalar var ki, orada əlillər üçün yollar nəzərdə tutulmur

Cəmiyyət Materials 12 Sentyabr 2013 12:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda əlil ailəsinə yükdür.

Trend-in məlumatına görə, bunu cümə axşamı Milli Məclisdə əlilliyi olan gənclərin "Şərq nağılı" I Beynəlxalq Yaradıcılıq Festivalının iştirakçıları ilə keçirilən birgə dəyirmi masada millət vəkili Fazil Mustafa bildirib.

F.Mustafa qeyd edib ki, bir sıra məsələlərdə əlillər öz hüquqlarından istifadə etmirlər. Eyni zamanda millət vəkili əlillərin sərbəst hərəkət etmələriinin də bəzən çətinliklərlə qarşılandığını deyib: "Biz müvafiq konvensiyaya qoşulmuşuq və keçidlərdə, ali məktəblərdə onların hüququ təmin olunmalıdır, həmin yerlərə gedib-gəlmələri təmin olunmalıdır. Bu problemin üzərində düşünmək lazımdır. Azərbaycanda hələ də elə ali məktəblər, xəstəxanalar, digər müəssisələr var ki, orada əlillər üçün yollar nəzərdə tutulmur".

F.Mustafa vurğulayıb ki, əlillərin problemlərinin həllinə nail olmaq hər kəsin vətəndaşlıq borcudur. "Biz bu sahədə qanunvericilik sahəsində daha çox işlərin görülməsi üçün səylərimizi artırmalıyıq".

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə buna münasibət bildirərək deyib ki, Bakıda bütün təzə tikilən keçidlərdə əlillər üçün xüsusi zolaqlar yaradılır. Eyni zamanda komitə sədri qeyd edib ki, ölkədə 420 minə yaxın əlil var, bu da əhalinin sayının 4,5 faizini təşkil edir. Halbuki bir çox Avropa ölkələrində bu faiz 10 faizə yaxındır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti