...

TQDK kolleclərə ixtisas seçiminin vaxtını uzatdı

Cəmiyyət Materials 12 Sentyabr 2013 16:28 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtını uzadıb.
TQDK kolleclərə ixtisas seçiminin vaxtını uzatdı

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtını uzadıb.

Komissiyadan Trend-ə verilən məlumata görə, ixtisas seçimi sentyabrın 12-də saat 00.00-da bitməli idi, lakin ixtisas seçimi 13 sentyabr saat 11:00-dək uzadılıb.

İxtisas seçimi etmək hüququ olan abituriyentlər qeyd olunan vaxta qədər istədikləri ixtisasları öz elektron ərizələrinə daxil edib təsdiqləməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti