...

Azərbaycanda jurnalistlər üçün yeni mənzil tikintisi ilə bağlı tender elan edildi

Cəmiyyət Materials 14 Sentyabr 2013 11:14 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu jurnalistlər üçün yeni binanın tikintisinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı tender elan edib.
Azərbaycanda jurnalistlər üçün yeni mənzil tikintisi ilə bağlı tender elan edildi

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu jurnalistlər üçün yeni binanın tikintisinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı tender elan edib. Bu barədə Trend-ə fonddan məlumat verilib.

17 mərtəbəli, üç girişli yaşayış binası Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi Yeni Səlyan yolu ünvanında tikiləcək.

Fond sənədləri 18 sentyabrdan 27 sentyabra qədər iş günləri saat 10:00-dan 16:00-dək qəbul edir.

Sorğuda iştirak etmək istəyənlər (+99412) 5371941 telefon nömrəsi və ya Bakı şəhəri, Mətbuat prospekti, 529 məhəlləsinə ünvanına müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti