...

Mikayıl Cabbarov: Valideynlərin məktəb həyatında, təhsil ocaqlarının idarə olunması prosesində iştirakı artmalıdır

Cəmiyyət Materials 16 Sentyabr 2013 10:22 (UTC +04:00)
Valideynlərin məktəb həyatında, təhsil ocaqlarının idarə olunması prosesində iştirakı artmalıdır. Trend-in məlumatına görə, bunu "Azərbaycan" qəzetinə müsahibəsində təhsil naziri Mikayıl Cabbarov deyib.
Mikayıl Cabbarov: Valideynlərin məktəb həyatında, təhsil ocaqlarının idarə olunması prosesində iştirakı artmalıdır

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Valideynlərin məktəb həyatında, təhsil ocaqlarının idarə olunması prosesində iştirakı artmalıdır. Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov "Azərbaycan" qəzetinə müsahibəsində deyib.

M.Cabbarov bildirib ki, Valideyn komitələri təhsil müəssisələri və valideyn arasında əsas körpüyə çevrilməlidir: "Bir neçə müstəqil Valideyn Komitəsinin fəaliyyət göstərdiyi məktəblərin direktorları ilə görüşlərimiz zamanı məlum oldu ki, həmin məktəblərdə müstəqil Valideyn komitələrinin işi daha şəffaf və səmərəli şəkildə təşkil olunub".

Nazirin sözlərinə görə, Valideyn komitələrinin gördüyü işlərin şəffaf hesabatları hazırlanmalı və məktəblərdə xüsusi guşədə asılmalıdır: "Məktəb direktorları və müəllimlər Valideyn komitələrinin maliyyə məsələlərinə müdaxilə edə bilməzlər. Valideyn komitələrini valideynlər özləri müstəqil şəkildə idarə etməlidirlər. Valideyn komitələrinin fəaliyyətində heç bir halda sui-istifadə halları olmamalıdır".

M.Cabbarov bildirib ki, valideynlər onların məktəbə könüllü yardımlarının övladı üçün daha yaxşı tədris şəraitinin yaradılmasına sərf edildiyini biləndə, o zaman məktəblə daha yaxın təmasda olmağa səy göstərirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti