...

Azərbaycanda alimlər üçün gənclik yaşının artırılması gözlənilir

Cəmiyyət Materials 16 Sentyabr 2013 15:14 (UTC +04:00)
Gənclər və idman nazirinin müavini İntiqam Babayev bazar ertəsi Trend-ə bildirib ki, elmi işçilər üçün "gənc alim" kateqoriyasının 40 yaşadək şamil olunması təklif olunub.
Azərbaycanda alimlər üçün gənclik yaşının artırılması gözlənilir

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda alimlər üçün gənclik yaşının artırılması gözlənilir.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev bazar ertəsi Trend-ə bildirib ki, elmi işçilər üçün "gənc alim" kateqoriyasının 40 yaşadək şamil olunması təklif olunub.

Onun sözlərinə görə, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında gənc alimlərin sosial durumunun yaxşılaşdırılması ilə bağlı bəndlər öz əksini tapıb: "Hazırda Azərbaycanda gənclik üçün tətbiq olunan 29 yaş həddi elmi fəaliyyətlə məşğul olanlar üçün kifayət etmir. Alimlərin yaşı əksər hallarda 30-dan yuxarıdır".

İ.Babayev qeyd edib ki, gənc alimlərə sosial imtiyazlar hökumətin diqqət mərkəzindədir və gənclər üçün tətbiq olunan yeniliklər zamanı "gənc alim" məfhumu ayrıca qeyd ediləcək.

Gənclər və İdman Nazirliyi gənc alimlərin yaş senzi ilə bağlı "Gənclər siyasəti haqqında" qanuna əlavə və dəyişiklər edilməsi təklifi ilə çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti