...

Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, yağış yağacaq

Cəmiyyət Materials 19 Sentyabr 2013 10:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın bəzi əarzilərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 19-da havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyinin sürəti 9-14 m/s, gündüz cənub-şərq küləyinin sürəti isə 8-13 m/s olacaq.

Havanın temperaturunun gecə 17-21, gündüz 24-28 dərəcə isti olacağı gözlənilir.

Sentyabrın 20-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində havanın əsasən yağmursuz keçəcəyi ehtimal edilir. Şimal küləyinin sürəti 8-13 m/s olacaq. Havanın temperaturunun gecə 17-20, gündüz 24-28 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında yaxın iki gün ərzində hava əsasən yağmursuz olacaq. Lakin sentyabrın 20-də gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Mərkəzi Aran rayonlarında havanın temperaturunun gecə 17-21, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti