Azərbaycan, Bakı, 22 sentyabr / Trend /
Həftənin ilk iş günündə havanın dəyişkən buludlu keçəcəyi, arabir yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, sentyabrın 23-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.
Bakıda gecə 17-19, gündüz 21-23 dərəcə isti olacaqdır.
Azərbaycanın rayonlarında sentyabrın 23-də arabir yağış yağacağı gözlənilir.
Gecə 13-18, gündüz 19-24 dərəcə isti olacaq.
Havanın temperaturu Aran rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Temperaturun gecə 14-19, gündüz 21-26 dərəcə isti olacağı proqnozlaşdırılır.