...

Qərb bölgəsinin vətəndaşları pensiya məsələlərinin həlli üçün əlverişli imkan qazanacaqlar

Cəmiyyət Materials 25 Sentyabr 2013 10:09 (UTC +04:00)
Qəbul jurnalistlər üçün açıq olacaq.
Qərb bölgəsinin vətəndaşları pensiya məsələlərinin həlli üçün əlverişli imkan qazanacaqlar

Azərbaycan , Bakı, 25 sentyabr /Trend/

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov 26 sentyabr 2013-cü il tarixdə, saat 09:00-da fondun Tovuz rayon şöbəsinin inzibati binasında Şəmkir, Gədəbəy, Qazax, Ağstafa və Tovuz rayonlarının sakinləri olan icbari dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcəkdir. Bu barədə Trend-ə DSMF-dən məlumat verilib.

Qəbul jurnalistlər üçün açıq olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti