...

Allahşükür Paşazadə: Azərbaycan və Qazaxıstan regionun tolerantlıq məkanı kimi tanıdılması üçün birgə tədbirlər görməlidirlər (FOTO)

Cəmiyyət Materials 26 Sentyabr 2013 11:49 (UTC +04:00)
Azərbaycan və Qazaxıstan tərəfindən regionun tolerantlıq məkanı kimi tanıdılması üçün birgə tədbirlərin keçirilməsinə zərurət yaranıb.
Allahşükür Paşazadə: Azərbaycan və Qazaxıstan regionun tolerantlıq məkanı kimi tanıdılması üçün birgə tədbirlər görməlidirlər (FOTO)

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycan və Qazaxıstan tərəfindən regionun tolerantlıq məkanı kimi tanıdılması üçün birgə tədbirlərin keçirilməsinə zərurət yaranıb.

QMİ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən "Astana Qurultaylarının sivilizasiyaların dialoqunda rolu" mövzusunda beynəlxalq elmi-praktik konfransının açılış mərasimində çıxışı zamanı deyib.

Allahşükür Paşazadə indiyədək baş tutmuş 4 Astana qurultayının tarixi əhəmiyyəti, onların keçirilmə təşəbbüsünün müəllifi Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin missiyası barədə fikirlərini birldirib. Dinlərarası dialoqa dair Azərbaycan və Qazaxıstan dövlət başçılarının dünya miqyasında dinlərarası dialoq məsələlərində dəyərli təşəbbüslərlə çıxış etmələrini, multikulturalizm ideyalarına sadiqliklərini olduqca əhəmiyyətli hal sayan A.Paşazadə yaşadığımız regionunun bütün dünyada tolerantlıq məkanı kimi tanıdılması vacibliyindən cıxış edərək, birgə tədbirlər keçirilməsinə zərurət yarandığını vurgulayıb.

Şeyxülislam mənəvi dəyərlərə qayıdışın yaşandığı bir dövrdə tolerantlığı yüksək mədəniyyətin təzahürü kimi dəyərləndirmiş Heydər Əliyevin və bu dəyərlərə böyük önəm verən Nursultan Nazarbayev kimi liderlərin olmasını Azərbaycan və qazax xalqlarının səadəti kimi səciyyələndirib.

QMİ sədri Qazaxıstan xalqının, eləcə də onun lideri, türk xalqlarının ağsaqqalı Nursultan Nazarbayevin Azərbaycan xalqının Qarabağ probleminin ədalətli həlli istiqamətində səylərinə beynəlxalq müstəvidə hər zaman dəstək nümayiş etdirməsini yüksək qiymətləndirdiyini bildirib.

Qeyd edək ki, Şeyxülislam A. Paşazadə Astana forumlarının Katibliyinin XII sessiyasında iştirak edib.

Katiblik növbəti Qurultayın keçirilməsinə dair təşkilatı məsələləri, gələcək prioritet və perspektivləri müzakirə edib. Müzakirələr zamanı çıxış edən QMİ sədri qurumun işinin daha da təkmilləşdirilməsi yönündə təkliflərini, o cümlədən, ən mühüm təkliflərin reallaşdırılmasını təmin etmək məqsədilə xüsusi fondun təsis olunmasına ehtiyac olduğunu bildirib. Tədbir iştirakçıları bu təklifin müzakirə olunması vacibliyini vurğulayıblar.

Sessiyada cari ilin aprelində Bakıda keçirilmiş MDB Müsəlmanları Məşvərət Şurasının Konfransının konstruktiv əməkdaşlıq nümunəsi iştirakçılar tərəfindən xüsusi vurgulanıb və təqdir olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti