...

İstirahət günü Bakıda gəzməli hava olmayacaq

Cəmiyyət Materials 28 Sentyabr 2013 11:43 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, sentyabrın 29-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən, səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyinin sürəti 15-20 m/s olacaq, axşam 9-14 m/s-dək mülayimləşəcək.
İstirahət günü Bakıda gəzməli hava olmayacaq

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir M.Əliyev/

İstirahət günü Azərbaycanda qeyri-sabit hava şəraiti hökm sürəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, sentyabrın 29-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən, səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyinin sürəti 15-20 m/s olacaq, axşam 9-14 m/s-dək mülayimləşəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturunun gecə 14-17°, gündüz 17-22° isti olacağı gözlənilir.

Azərbaycanın bəzi yerlərində sentyabrın 29-da şimşək çaxacağı, arabir yağiş yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyinin sürəti 5-10 m/s olacaq. Aran rayonlarında havanın temperaturunun gecə 6-11°, gündüz 15-20° isti olacağı gözlənilir. Dağlarda gecə 5-10°, gündüz 12-16° isti olacaq.

Yaxın bir neçə gün ərzində Azərbaycan ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti