Azərbaycan, Bakı, 2 oktyabr/ Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda nisbətən mülayim hava şəraitindən sonra oktyabrın 4-dən başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, temperatur tədricən 5-8 aşağı enəcək. Fasilələrlə yağış yağacağı, şimal küləyinin güclənəcəyi gözlənilir.
Qeyri-sabit hava şəraiti oktyabrın 8-dək davam edəcək. Bu müddətdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Yağıntının yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Qərb küləyi arabir güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarndan qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Qeyd edək ki, oktyabrın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz kəçəcək. Havanın temperaturunun günün birinci yarısında 28 dərəcəyədək yüksələcəyi, axşama doğru 16-18 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq yağış yağacaq. Havanın temperaturu gecə 13-18, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacaq.