FAO: Azərbaycanda gün ərzində ərzaq istehlakının səviyyəsi aşağıdır

FAO: Azərbaycanda gün ərzində ərzaq istehlakının səviyyəsi aşağıdır

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir İ.İzzət/

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) 16 oktyabr - Ümumdünya Ərzaq Günü, eyni zamanda, FAO-nun yaranması günü münasibətilə hesabat hazırlayıb. Hesabatda Azərbaycanla bağlı məsələlərə də geniş yer ayrılıb.

Təşkilatın Azərbaycandakı nümayəndəliyindən Trend-ə verilən məlumata görə, sənəddə göstərilir ki, FAO-nun Avropa və Mərkəzi Asiya regionunda apardığı tədqiqatların, 2030 və 2050-ci illər üzrə proqnozlarının nəticəsinə əsasən, 3 regionda - Şərqi Avropa (Ukrayna), Cənubi Qafqaz və Mərkəzi Asiya və Türkiyədə üç əsas uzunmüddətli problem aşkar olunub.

2050-ci ilə qədər olan proqnozlara əsasən, Avropa və Mərkəzi Asiya regionunda aclıq səviyyəsinin azalacağı, həmçinin taxıl məhsullarının istehlakının azalacağı, ət və süd məhsullarının istehlakının isə artacağı gözlənilir. Belə qidalanma piylənmə hallarının çoxalmasına gətirib çıxaracaq ki, bu da ürək xəstəlikləri kimi xroniki və qeyri-infeksion xəstəliklər üzrə risk faktorudur.

Regionda taxıl bitkilərinin istehsalının hazırkı vəziyyəti və proqnoz olunan istehsalın müqayisəsi göstərir ki, taxıl bitkilərinin hazırda əsas istehsalçısı olan və növbəti illərdə də bu tendensiyanı davam etdirəcək 3 subregionda - Şərqi Avropa (Ukrayna), Cənubi Qafqaz və Mərkəzi Asiya və Türkiyə - istehsal səviyyəsi potensialdan xeyli aşağı olacaq. Region üçün məhsuldarlığın artımı çox mühümdür, çünki məhsuldarlıqda artım fermer gəlirlərinin artımı deməkdir: "Azərbaycanın da daxil olduğu Qafqaz və Orta Asiya regionunda kiçik fermer təsərrüfatlarında məhsuldarlığın artması müşahidə olunmur. Qarşıda duran əsas məsələ fermer təsərrüfatlarının inkişafına və bazarlara çıxışının təmin olunmasına dəstək verməkdir. Bəzi hallarda faktiki məhsuldarlıq potensial məhsuldarlıqdan 40% aşağıdır. Bu situasiyanın yaxşılaşdırılması kənd yoxsulluğunun qarşısını ala bilər".

Hesabatda bildirilir ki, dünyada artıq kifayət qədər ərzaq var, lakin 870 milyon insan yenə aclıqdan əziyyət çəkir. Aclığın əsas səbəbi ərzaq məhsullarına çıxışın olmamasıdır. Dünyada istehlak üçün istehsal edilən ərzağın üçdə bir hissəsi - bu da illik əsasda təxminən 1,3 milyard tondur - itirilir və ya tullanılır. Problemlərin qarşısını almaq üçün innovativ və dayanıqlı yanaşmaların tətbiqinə ehtiyac var.

Təşkilatın gəldiyi nəticəyə əsasən, Avropa və Mərkəzi Asiya regionu ölkələri üçün əsas məsələlərdən biri uzun müddətdə ətraf mühitin mühafizəsini təmin edən davamlı kənd təsərrüfatı istehsalına nail olmaqdır. Kimyəvi və digər gübrələrdən istifadə də narahatlıq doğuran bir faktordur. Regionda 2050-ci ilə qədər belə gübrələrdən istifadənin 20%-dək artacağı proqnozlaşdırılır. Kimyəvi gübrələrin nəzarətsiz tətbiqi yeraltı suların çirklənməsinə, ərzaq məhsullarının istehsalı və satışı sistemində təhlükəli tullantıların yığılmasına gətirib çıxara bilər.

Qafqaz və Mərkəzi Asiya ölkələrində onların daha çox inkişaf etmiş qonşu ölkələri ilə müqayisədə kimyəvi preparatlardan istifadənin xeyli aşağı səviyyədə olmasına baxmayaraq, bu ölkələr su resurslarından yüksək, intensiv istifadə edirlər. Regionda olan problem su qıtlığı deyil, suyun daşınması və istifadəsində köhnəlmiş və sıradan çıxmış sistemlərin mövcudluğudur ki, bu da xeyli səviyyədə su itkisi və sudan səmərəsiz istifadə ilə nəticələnir. Bu baxımdan, su itkisinin azaldılması məqsədilə bu sistemlərin bərpası, saxlanılması və təsərrüfat səviyyəsində su idarəçiliyinin yaxşılaşdırılması regionda su stressinin azaldılması istiqamətində ilkin addım hesab olunur. Bu gün Şərqi Avropanın 12 ölkəsində, Qafqaz və Orta Asiya ölkələrində 200 min ton pestisid qalıqları mövcuddur ki, bu da bütün dünya üzrə pestisid qalıqlarının 40%-ni təşkil edir.

Hesabatda göstərilir ki, Orta Asiya və Qafqaz ölkələrində kifayət qədər qidalanmamaq riski müşahidə olunur. Kifayət qədər qidalanmayan əhalinin faiz nisbəti 26%, yoxsulluq səviyyəsi isə Dünya Bankının hesablamalarına görə 30-70% təşkil edir.

FAO-nun hesabatında Azərbaycana da geniş yer ayrılıb. Təşkilatın gəldiyi nəticəyə əsasən, son beş il ərzində Azərbaycan neft və təbii qaz ehtiyatlarının əldə edilməsi və ixracı sayəsində misilsiz mənfəətdən bəhrələnib: "Demək olar ki, bütün insanların yaşayış şəraiti yaxşılaşıb, Ünvanlı Sosial Yardım isə ən yoxsul ailələri dəstəkləmək üçün istifadə edilir. Yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə enib, lakin bir sıra ailələr gəlir əldə etməkdə və uşaqlarının əsas ehtiyaclarını təmin etməkdə hələ də çətinliklərlə üzləşirlər".

Azərbaycan əhalisi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi gündəlik və illik qida normasından xeyli aşağı miqdarda ərzaq məhsulları istehlak edir, xüsusən, yüksək kalorili məhsulların istehlakı müəyyən olunmuş normadan xeyli aşağıdır: "Ət və ət məhsulları istehlakının adambaşına illik norması 84 kiloqramdır. Reallıqda isə ölkə əhalisi adambaşına ildə cəmi 33 kiloqram ət istehlak edir. Süd və süd məhsullarının istehlakı norması adambaşına 360 kiloqram müəyyən olunsa da, il ərzində 248 kiloqram, balıq və balıq məhsulları üzrə norma 20 kiloqram olduğu halda 6,8 kiloqram, yumurta norması 280 ədəd müəyyənləşdiyi halda bunun yarısından da az, yəni 131 ədəd istehlak edilir".

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarında da Azərbaycanda gün ərzində ərzaq istehlakı səviyyəsinin aşağı olduğu vurğulanır: "Azərbaycanda gün ərzində adambaşına orta hesabla 2242 kilokalori düşür. Gürcüstanda bu göstərici 2249, Ukraynada 2727, Belarusda 3007, Qazaxıstanda isə 3095 kilokaloridir".

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı builki Ərzaq Günündə aşağıdakı üş əsas çağırışları edir: 1. Sağlam qida təhsil, sağlamlıq, sanitariya və digər faktorlarla yanaşı, sağlam ərzaq sistemlərinin olmasını tələb edir; 2. Sağlam ərzaq sistemləri düzgün siyasətlərin, stimulların və idarəetmənin nəticəsində təmin oluna bilər; 3. Yaxşı qidalanma sağlam qida rasionundan asılıdır.

Azərbaycana gələn turistlərin sayı artıb
Azərbaycana gələn turistlərin sayı artıb
Azərbaycandan Gürcüstana gedən turistlərin sayı 80 faizə yaxın azalıb
Azərbaycandan Gürcüstana gedən turistlərin sayı 80 faizə yaxın azalıb
Qədim Nuh yurdu Naxçıvana nə üçün getməli? - REPORTAJ
Qədim Nuh yurdu Naxçıvana nə üçün getməli? - REPORTAJ
Loading Bars
Xəbər lenti
Avropa Mərkəzi Bankı kreditlər üzrə uçot dərəcəsini dəyişməyib
Normadan artıq emal olunmuş qidaların orqanizmə təsiri
Qəbul imtahanlarında hansı dəyişikliklər olacaq?
Gəncədə “Nizami Gəncəvi İli”nə həsr olunmuş tədbir keçirilib (FOTO)
Ceyhun Bayramov İƏT Gənclər Forumunun prezidenti ilə görüşüb (FOTO)
Heydər Əliyevdən miras Azərbaycançılıq məfkurəsinin və ordu-xalq birliyinin təntənəsinə çevrilən tədbir keçirilib (FOTO)
Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti çərçivəsində panel müzakirələr təşkil olunub (FOTO)
AMEA-nın bir neçə institutuna baş direktorlar seçilib
Baş nazir Türkiyənin Vitse-prezidentinə təbrik məktubu göndərib
Mingəçevir Dövlət Universiteti şəhid Yasən Əhmədovun xatirəsini anıb (FOTO)
Əli Əsədov Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri ilə görüşüb
Rusiya Cənubi Qafqazda kommunikasiyaların açılmasına xidmət edən addımlara sadiq qalmağı düzgün hesab edir - Zaxarova
Bu gün ölkədə 800-ə yaxın yaşayış məntəqəsi qazlaşdırılmayıb - Ruslan Əliyev
Fəal yaşlanma layihəsi çərçivəsində "Qəlbi cavanlar düşərgəsi" təşkil olunub (FOTO)
Kiyevdə karantin rejimi sərtləşdirilir
“SOCAR” Rumıniyada 66-cı yanacaqdoldurma məntəqəsini istifadəyə verib (FOTO)
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan yeni resurs bazası ictimaiyyətə təqdim olunub (FOTO)
Abonentlərə verilən təbii qazın tərkibinə hava necə düşür? - Baş direktor AÇIQLADI
Tibb Universitetinin daha 5 qrupu distant təhsilə keçib
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 420 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib
"Nar" qazi müəllimlər haqqında kitabın çapına dəstək olur
Qaradağda şəhid məzarları, abidələri və barelyeflərinin ətrafının abadlaşdırılması aksiyası keçirilib (FOTO)
“Qadın sahibkarlara dəstək sosial missiyamızın vacib hissəsidir", - Evgeniya Qaşikulina, AccessBank (FOTO)
"Azəriqaz" Smart sayğacları niyə mexaniki sayğacla əvəzləyir? - Baş direktor açıqladı
Ağdam ruhlar şəhərinə bənzəyir - Peter Erdeyi
Dövlət komitəsi İraqdan gətirilən azərbaycanlı uşaqlarla bağlı açıqlama yaydı
İki məhkəmə sədri Məhkəmə Hüquq Şurasına üzv seçildi
Üzdə plastik cərrahiyyə üsulları
Hava şəraiti qeyri-sabit olacaq, yağış yağacaq - PROQNOZ
"Barselona" müvəqqəti məşqçi təyin edib
Qəbələdə ətraf mühiti çirkləndirənlər cərimələnib
"Paşa Bank" Azərbaycanın startap ekosistemini dəstəkləyəcək
UNEC-də XVI Beynəlxalq Strateji İdarəetmə beynəlxalq konfrans işə başlayıb (FOTO)
DİN bir qrup qazinin torpaq sahəsi ilə bağlı mübahisəsinə aydınlıq gətirdi
Avtobusun şüşələri adam sıxlığından sınıb? - BNA açıqladı
Fuad Qəhrəmanlının qızına təcavüzdə təqsirləndirilən şəxsin şikayəti rədd edildi
Hərbi Dəniz Qüvvələrində "Ən yaxşı gəmilər divizionu" adı uğrunda müsabiqə keçirilib (VİDEO)
Şəhid adından saxta səhifə açaraq insanlardan pul tələb edən şəxs saxlanıldı (FOTO/VİDEO)
Azərbaycanda koronavirusa qarşı dördüncü doza vaksin vurdurmaq mümkündür - RƏSMİ
Diplomatlarla bağlı qanun layihəsi plenar iclasa tövsiyə olundu
769 şəhid və qazi ailəsinin içməli su təchizatı yaxşılaşdırılıb (FOTO)
Bir il öncə Bərdəyə atılan raketlər erməni terrorunun növbəti nümunəsi idi - Deputat
Həbsdə olan jurnalistin cinayət işi hakim icraatına verildi
Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır - Tamam Cəfərova
“Tut əlimdən” layihəsi: Agentlik sədri şəhid uşaqları ilə bir gün keçirib (FOTO)
Pedaqoji Universitetin qəhrəmanları (FOTO)
Bu il bal yarmarkasında ən çox cökə balı çatışa çıxarılıb (FOTO)
“AzerGold” QSC-nin şəhid əməkdaşı Rauf Əsgərovun xatirəsi anılıb (FOTO)
AHİK sədri Səttar Möhbalıyev türkiyəli həmkarları ilə görüşüb (FOTO)
Sahibkarlıq obyektlərində monitorinqlər keçirilir
Sabah Bakıda “Zəfər” yarmarkası keçiriləcək
Türkiyədə Azərbaycan əleyhinə kampaniya aparan telekanal cəzalandırılıb
Ermənistandan bəzi müsbət siqnallar alırıq - Hulusi Akar
Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir hakimi koronavirusa yoluxub
İraqda hərbi bazaya hücum olub
Prokuror Neftçalanın sabiq icra başçısına 11 il cəza istədi
İranda daha 159 nəfər koronavirusdan ölüb
Prezident İlham Əliyev: Azərbaycan-NATO əməkdaşlığı planında Rumıniya çox mühüm rol oynayır
Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi dövründə biz Qırğızıstan xalqının dəstəyini hiss edirdik
Prezident İlham Əliyev: Türkiyə Respublikası bu gün beynəlxalq arenada olduqca əhəmiyyətli yerə malikdir
Bu il səkkiz avtomobil yolunun tikintisi başa çatdırılıb
Ermənistan Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasına başlamağa hazırdır
Azərbaycanda payızlıq əkin sahəsinin 81 faizi şumlanıb
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib
I və III qruplardakı dəyişiklik qəbul prosesinə necə təsir edəcək?
Bu şəxslərə 15 faiz sığorta ödənişi veriləcək
STAR neft emalı zavodu idxalı artırıb
Bu il Nar bayramı keçiriləcək? - AÇIQLAMA
Sabah hava yağışlı keçəcək
I qrupa informatika fənni 2023-cü ildə əlavə ediləcək - DİM sədri
Ermənistan İkinci Qarabağ müharibəsi zamanı silahlanmada Azərbaycandan geri qalıb - Armen Sarkisyan
Rusiyada koronavirusa yoluxma və ölüm sayı rekord həddə çatıb
Bakıda sərnişin avtobusunda koronavirus xəstəsi saxlanıldı
Ermənistan prezidenti bu şərtlə istefa verməyə hazırdır
Bakıda küçədən qumbara tapıldı (FOTO/VİDEO)
Aşağı bal toplayanların seçim imkanı artacaq - Məleykə Abbaszadə
Dövlət Məşğulluq Agentliyində Sahibkar Qadınlar İB-nin nümayəndələri ilə görüş keçirilib (FOTO)
Bakının möhtəşəm Ağ Şəhər bulvarı (FOTOSESSİYA)
Britaniyada avtomobil istehsalı son 40 ildə ən aşağı səviyyəyə düşüb
Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb
Nərmin Quliyevanın qətli ilə bağlı məhkəmədə yenidən ziddiyyətlər yarandı
Türkiyə Ermənistanla münasibətlərin normallaşması məsələsində Azərbaycanla birgə hərəkət edir - Çavuşoğlu
Azərbaycan daha bir beynəlxalq reytinqdə mövqeyini yaxşılaşdırıb
“Bu ürəyin sayəsində…” - Şəhid Elmir Vəliyevin arzusuna və ölümsüzlüyünə qovuşduğu gün (FOTO/VİDEO)
Dövlət rüsumlarının məbləği dəyişdirilir
Ağdamda qazıntı zamanı iki şəxsin sümükləri aşkarlandı - RƏSMİ
Bərdədə erməni terrorunun qurbanları anılıb (FOTO)
Bir ilə 11300 ev və obyekt təmir-bərpa olunub - Erməni terrorundan zərərçəkənlər artıq yeni evlərinə köçüb (Trend TV ) (FOTO)
Nəsimi rayonunda ağacın dibi betondan təmizlənib
Dövlət Dəniz və Liman Agentliyinə sədr təyin olunub
Mingəçevirdə iki müəllim koronavirusdan vəfat edib, direktor karantinə alınıb
Prezident İlham Əliyev Rumıniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev Qırğız Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Azərbaycanda kapital bazarına investisiyalar artıb
İlbiz terapiyası - üz və bədəndə möcüzə yarada bilir
Gözümün qarşısında beş nəfər həlak oldu - Bərdə terrorunun şahidi
Bu il sürücülər avtomobil yollarına yarım milyon manatdan artıq ziyan vurublar
Millət vəkili Könül Nurullayeva Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib (FOTO)
Ağdaşda iki şadlıq sarayının icarədarı və toy sahibləri cərimələnib (FOTO)
Bütün xəbərlər