...

Penitensiar xidmətin rəis müavini: Gülər Əhmədovanın səhhətində problem olmadığı üçün müalicə müəssisəsinə köçürülməyib

Cəmiyyət Materials 15 Oktyabr 2013 12:25 (UTC +04:00)
Sabiq millət vəkili Gülər Əhmədovanın səhhətində problem olmadığı üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülməyib. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Penitensiar xidmətin rəis müavini Hüseyn Əlixanov bildirib.
Penitensiar xidmətin rəis müavini: Gülər Əhmədovanın səhhətində problem olmadığı üçün müalicə müəssisəsinə köçürülməyib

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir İ.İzzət/

Sabiq millət vəkili Gülər Əhmədovanın səhhətində problem olmadığı üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülməyib. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Penitensiar xidmətin rəis müavini Hüseyn Əlixanov bildirib.

H. Əlixanovun sözlərinə görə, iki ay öncə, Bakı İstintaq Təcridxanasında təqsirləndirilən şəxslərin qəbulunu keçirib.

Həmin vaxt orada saxlanılan G. Əhmədova səhhəti ilə əlaqədar Penitensiar xidmətin müalicə müəssisəsinə köçürülməsini xahiş edib: "Biz də o müraciətlə bağlı Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə məlumat verdik. Onların mütəxəssisləri tərəfindən Gülər Əhmədova müayinə edildi. O, səhhətində heç bir problem olmadığına görə müalicə müəssisəsinə köçürülmədi".

Onun sözlərinə görə, bundan sonra G.Əhmədovanın səhhəti və saxlanma şəraiti ilə bağlı hər hansı müraciət qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti