...

Azərbaycanın 13 layihəsi Avropa İttifaqının TEMPUS proqramının keçirdiyi müsabiqənin qalibi oldu

Cəmiyyət Materials 18 Oktyabr 2013 13:48 (UTC +04:00)
Azərbaycan ali məktəblərinin müsabiqəyə təqdim etdikləri 13 layihə Avropa İttifaqının TEMPUS proqramı (Universitetlər üçün Trans-Avropa Mobillik Proqramı) çərçivəsində 2013-cü il üçün keçirilən müsabiqənin qalibləri olub.
Azərbaycanın 13 layihəsi Avropa İttifaqının TEMPUS proqramının keçirdiyi müsabiqənin qalibi oldu

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan ali məktəblərinin müsabiqəyə təqdim etdikləri 13 layihə Avropa İttifaqının TEMPUS proqramı (Universitetlər üçün Trans-Avropa Mobillik Proqramı) çərçivəsində 2013-cü il üçün keçirilən müsabiqənin qalibləri olub.

Trend Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, uğur qazanan layihələrdən 3-ü Azərbaycan Dillər Universiteti ("Peşəkar məqsədlər üçün xarici dillərin tədrisi" - 1 142 902 avro), Azərbaycan Dövlət İqtisad Universiteti ("Beynəlxalq əlaqələr üzrə universitet idarəetməsinin inkişafı və təkmilləşdirilməsi" - 653 908 avro) və Xəzər Universiteti ("Xüsusi qayğıya ehtiyacı olan insanların Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyası üzrə fondun yaradılması" - 725 273 avro) tərəfindən təqdim olunub.

Qeyd edək ki, Azərbaycan TEMPUS proqramında 1995-ci ildən iştirak etməyə başlamışdır. Azərbaycanın dövlət və özəl ali məktəbləri müxtəlif prioritet sahələr üzrə TEMPUS layihələrində fəal iştirak edirlər. Hazırda Azərbaycanın bölgələrində fəaliyyət göstərən universitetlərin iştirakını və struktur tədbirləri nəzərdə tutan layihələrə xüsusilə üstünlük verilir.

Azərbaycan ali məktəblərinin Avropa İttifaqı qrant layihələrində iştirakı getdikcə artır. 2012-ci ildə bu quruma 45 layihə təqdim olunmuşdusa, 2013-cü ildə bu rəqəm 63-ə çatıb. Bu il ali məktəblərimiz tərəfindən təqdim olunan layihələrin 23-ü ilkin seçim mərhələsindən keçib, 13-ü isə təsdiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti