...

Türkiyədə erkən nikahlara görə valideynlərə 22 il həbs cəzası verilə bilər

Cəmiyyət Materials 28 Oktyabr 2013 15:49 (UTC +04:00)
Türkiyənin ailə və sosial siyasət naziri Fatma Şahin ölkədə övladlarını erkən nikahlara məcbur edən valideynlərə 22 il həbs cəzasının veriləcəyini açıqlayıb.
Türkiyədə erkən nikahlara görə valideynlərə 22 il  həbs cəzası verilə bilər

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin ailə və sosial siyasət naziri Fatma Şahin ölkədə övladlarını erkən nikahlara məcbur edən valideynlərə 22 il həbs cəzasının veriləcəyini açıqlayıb. Bu barədə Trend "Hürriyyət" qəzetinə istinadən məlumat verir.

Nazir Türkiyənin bundan sonra da erkən nikahlara qarşı ciddi mübarizə aparacağını bildirib.

Onun sözlərinə görə, erkən nikahlara görə cəzaların sərtləşdirilməsi üçün Ailə və Sosial Siyasət Nazirliyi ölkə parlamentinə müraciət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti