...

Bakı Metropoliteni "Elmlər Akademiyası" stansiyasının əlavə çıxışının tikintisində yeni mərhələyə çıxıb (FOTO)

Cəmiyyət Materials 28 Oktyabr 2013 17:00 (UTC +04:00)
Bakı Metropoliteninin "Elmlər Akademiyası" stansiyasının ikinci çıxışının tikintisi çərçivəsində yeni tunelin platforma səviyyəsinə çıxışı təmin edilib.
Bakı Metropoliteni "Elmlər Akademiyası" stansiyasının əlavə çıxışının tikintisində yeni mərhələyə çıxıb (FOTO)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir E.İsmayılov/

Bakı Metropoliteninin "Elmlər Akademiyası" stansiyasının ikinci çıxışının tikintisi çərçivəsində yeni tunelin platforma səviyyəsinə çıxışı təmin edilib. Bu barədə Trend Metropolitenin rəsmi saytına istinadən məlumat verir.

Məlumatda bildirilir ki, ikinci çıxışın tikintisi zamanı ilkin mərhələdə 83 metr uzunluğunda maili, daha sonra 36 metr uzunluğunda üfüqi tunellər qazılıb. Üçüncü mərhələdə sağ qanadda düzbucaq altında 12 metrlik yol keçilib.

Hazırda qatar hərəkəti tuneli səmtində iki mədən dəhlizində (ştolnya) işlər aparılır.

Çətin geoloji şərtlərə baxmayaraq, müasir tikinti texnologiyalarının tətbiqi ilə ikinci çıxışın tikinti işləri normal rejimdə aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti