...

Bakı polisi Tale Bağırovun məhkəməsinə gəlmiş vətəndaşlarla hüquq-mühafizə orqanları əməkdaşları arasında yaranan insidentə aydınlıq gətirib

Cəmiyyət Materials 29 Oktyabr 2013 17:35 (UTC +04:00)
Sabunçu Rayon Məhkəməsində Tale Bağırovun işi üzrə keçirilən məhkəmə prosesində məhkəməyə gəlmiş vətəndaşlarla hüquq-mühafizə orqanları əməkdaşları arasında insident yaşanıb.
Bakı polisi Tale Bağırovun məhkəməsinə gəlmiş vətəndaşlarla hüquq-mühafizə orqanları əməkdaşları arasında yaranan insidentə aydınlıq gətirib

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir M.Əliyev/

Sabunçu Rayon Məhkəməsində Tale Bağırovun işi üzrə keçirilən məhkəmə prosesində məhkəməyə gəlmiş vətəndaşlarla hüquq-mühafizə orqanları əməkdaşları arasında insident yaşanıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, həmin vətəndaşlar məhkəmə zalında ictimai asayişi kobud şəkildə pozan hərəkətlər edərək məhkəmənin işini pozmağa cəhd ediblər. Onlar hüquq-mühafizə orqanları əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, məhkəmənin həyətində bu hərəkətləri davam etdirib, hətta hərəkət intensivliyi olan küçədə avtomobil yolunu bağlamağa cəhd ediblər. Həmin şəxslər hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərib və 4 nəfərə xəsarət yetiriblər.

Hüquqazidd əməllərin fəal iştirakçıları polis tərəfindən saxlanılıb və 4 nəfərin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Saxlanılan şəxslər barəsində Sabunçu Rayon Polis İdarəsində aparılan araşdırmalar zamanı məlum olub ki, onların bir qismi ümumiyyətlə Bakı sakini deyil və ayrı-ayrı bölgələrdən məhz bu məhkəmə prosesində iştirak etmək üçün paytaxta gəliblər.

Narkoloji müayinə zamanı onlardan 3 nəfərin narkotik vasitədən istifadə etməsi məlum olub. 3 nəfər isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş şəxslərdir. Konkret olaraq, Abbasov Şəhriyar Xalid oğlu 2011-ci ildə CM-nin 126.1-ci maddəsi ilə (Qəsdən sağlamlığa ağır zərər vurma) 2 il 9 ay, Hüseynov Abbas Məmmədbağır oğlu 2007-ci ildə CM-nin 332.1-ci maddəsi ilə (Hərbi qulluqçular arasında nizamnamə qaydalarını pozma) 1 il, Əsgərov Sənan Kamil oğlu isə 2002-ci ildə CM-nin 177.2.3-cü maddəsi ilə (Oğurluq) 3 il müddətinə məhkum olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti