Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir S.Əliyev/
Bakıda mövcud olan hotellərdə 15 min yataq yeri var və bu da hazırki tələbatı ödəyir. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, hotellərdə olan mövcud yataq yerlərindən 6 mini yüksək ulduzlu hotellərdə, 9 mini isə aşağı ulduzlu hotellərdədir: "Biz maraqliyiq ki, ölkədə daha çox üçulduzlu hotellər olsun və bu istiqamətdə işlər aparılır".