...

Azərbaycanın silahlı qüvvələrinə aşpaz hazırlığı üzrə kurs başlayıb

Cəmiyyət Materials 1 Noyabr 2013 10:10 (UTC +04:00)
Noyabrın 1-dən “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Sabunçu rayon filialında Azərbaycan Respublikası Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə aşpaz ixtisası üzrə peşəkar kadrların hazırlığına başlanılır.
Azərbaycanın silahlı qüvvələrinə aşpaz hazırlığı üzrə kurs başlayıb

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Noyabrın 1-dən "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin Sabunçu rayon filialında Azərbaycan Respublikası Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə aşpaz ixtisası üzrə peşəkar kadrların hazırlığına başlanılır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildiriblər ki, dərslər filialın lazımi texniki və əyani vəsaitlərlə təchiz olunmuş xüsusi sinif otaqlarında peşəkar mütəxəssislər tərəfindən aparılacaq.

Kurs ərzində müdavimlərə nəzəri və praktiki hazırlıqla yanaşı, gigiyena qaydalarına riayət təlimi, çörəkbişirmənin təşkili və əsasları, həmçinin səhra şəraitində qidanın hazırlanması da öyrədiləcək.

Sonda aşpaz ixtisası üzrə hazırlıq kursunu keçən müdavimlərə kursu bitirmələri barədə sertifikat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti