...

Azərbaycanda orta məktəb direktorları işə müsabiqə ilə qəbul olunacaqlar

Cəmiyyət Materials 4 Noyabr 2013 13:49 (UTC +04:00)
Trend-in məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə bildirib ki, məktəb direktorlarının işə qəbulu ilə bağlı yeniliklər gözlənilir
Azərbaycanda orta məktəb direktorları işə müsabiqə ilə qəbul olunacaqlar

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda orta məktəb direktorları işə müsabiqə yolu ilə qəbul olunacaqlar.

Trend-in məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə bildirib ki, məktəb direktorlarının işə qəbulu ilə bağlı yeniliklər gözlənilir: "Bu yeniliklər ondan ibarətdir ki, direktorlar müsabiqə yolu ilə işə qəbul olunacaqlar. Bu, orta təhsil sistemində idarəetmənin bir istiqamətidir".

Nazir qeyd edib ki, yaxın müddətdə məktəb direktorları üçün xüsusi hazırlıq kurslarının keçirilməsinə başlanacaq. Bu, ilk mərhələdə könüllülük əsasında hazırda işləyən məktəb direktorlarına şamil olunacaq. Artıq kurslarda iştirak edəcək orta məktəb direktorlarının siyahısının hazırlanması başa çatdırılır.

Gələcəkdə kurslar bu peşədə özünü görən, bu sahə üzrə peşəkar fəliyyətlə məşğul olmaq istəyən mütəxəssislər üçün təşkil olunacaq. Hazırlıq kursları məktəb direktorlarının işə qəbulu ilə bağlı meyarlar əsasında təşkil olunacaq. Bu kurslarda iştirakçılara tələb olunan ixtisaslar üzrə biliklər veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti