...

Azərbaycanda növbəti il üçün qəbul imtahanlarının keçirilmə vaxtlarında bəzi dəyişikliklər edilir

Cəmiyyət Materials 5 Noyabr 2013 14:57 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası növbəti il üçün qəbul imtahanlarının keçirilmə vaxtlarında müəyyən dəyişikliklər edilməsini nəzərdə tutub.
Azərbaycanda növbəti il üçün qəbul imtahanlarının keçirilmə vaxtlarında bəzi dəyişikliklər edilir

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası növbəti il üçün qəbul imtahanlarının keçirilmə vaxtlarında müəyyən dəyişikliklər edilməsini nəzərdə tutub. Komissiyadan Trend-ə verilən məlumata görə, həmin dəyişikliklər qəbul imtahanlarının məzmununa aid deyil. Belə ki, 2014-cü ildə həyata keçiriləcək qəbul kampaniyası zamanı əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının may ayında keçirilməsi nəzərdə tutulur.

Həmin ilin məzunları isə, yəni orta məktəbi 2014-cü ildə bitirənlər qəbul imtahanlarını həmişəki kimi iyul ayında verəcəklər. Ali təhsil müəssisələrini 2014-cü ildə bitirib ikinci ali təhsil almaq istəyən məzunlar, həmçinin həmin ildə orta ixtisas təhsil müəssisələrini bitirib ali təhsil almaq istəyən məzunlar da qəbul imtahanlarını iyul ayında verəcəklər.

Həm əvvəlki illərin, həm də orta məktəblərin 2014-cü il məzunları üçün ixtisas seçimi və müsabiqə eyni vaxtda - ali təhsil müəssisələrinə bütün qəbul imtahanları başa çatdıqdan sonra keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti