...

Baş nazirin müavini: Türkiyə əhalisi yataqxanalarda qızların və oğlanların bir yerdə qalmasını xoş qarşılamır

Cəmiyyət Materials 6 Noyabr 2013 14:11 (UTC +04:00)
Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ Türkiyə əhalisinin tələbə yataqxanalarında qızların və oğlanların bir yerdə qalmasını xoş qarşılamadığını bildirib.
Baş nazirin müavini: Türkiyə əhalisi yataqxanalarda qızların və oğlanların bir yerdə qalmasını xoş qarşılamır

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ Türkiyə əhalisinin tələbə yataqxanalarında qızların və oğlanların bir yerdə qalmasını xoş qarşılamadığını bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "TRT Haber" telekanalı xəbər verib.

Baş nazirin müavini qeyd edib ki, tələbə yataqxanalarında qızların və oğlanların bir-birindən ayrılması şəxsi həyata müdaxilə kimi qəbul edilməməlidir: "Hazırda hakimiyyət belə bir addım atmır, lakin lazım gələrsə, tələbə yataqxanalarında qızlar və oğlanlar bir-birindən ayrılacaq".

Onun sözlərinə görə, bu addım ölkə konstitusiyasına da zidd deyil, çünki dövlət öz vətəndaşlarını qorumalıdır: "Millətin övladları hakimiyyətə əmanətdir və hakimiyyət milləti qorumalıdır".

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan dünən hakim partiyanın toplantısında ölkədəki tələbə yataqxanalarında qızların və oğlanların ayrılacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti