...

Serbiyada Avropa Şurasının Media və informasiya cəmiyyətinə cavabdeh nazirlərinin konfransı keçirilib

Cəmiyyət Materials 9 Noyabr 2013 01:30 (UTC +04:00)
Avropa Şurasının Media və informasiya cəmiyyətinə cavabdeh nazirlərinin 7-8 noyabr 2013-cü il tarixlərində Belqrad şəhərində keçirilmiş “Rəqəmsal əsrdə söz azadlığı və demokratiya – imkanlar, hüquqlar, cavabdehlik” adlı konfransında iştirak etmək məqsədi ilə Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyran Əmiraslanovanın daxil olduğu nümayəndə heyəti Serbiyada səfərdə olublar.
Serbiyada Avropa Şurasının Media və informasiya cəmiyyətinə cavabdeh nazirlərinin konfransı keçirilib

Azərbaycan, Bakı, 9 noyabr /Trend/

Avropa Şurasının Media və informasiya cəmiyyətinə cavabdeh nazirlərinin 7-8 noyabr 2013-cü il tarixlərində Belqrad şəhərində keçirilmiş "Rəqəmsal əsrdə söz azadlığı və demokratiya - imkanlar, hüquqlar, cavabdehlik" adlı konfransında iştirak etmək məqsədi ilə Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyran Əmiraslanovanın daxil olduğu nümayəndə heyəti Serbiyada səfərdə olublar.

Azərbaycanın Serbiyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, konfransın açılışında Serbiya Respublikasının Baş naziri İvitsa Daçiç və Avropa Şurasının Baş katibi Torbörn Yaqland çıxış edərək, müasir, demokratik cəmiyyətdə internetdən istifadə və söz azadlığının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və bu mühüm məsələnin müzakirə olunacağı konfransın işinə uğurlar arzulayıblar. Sonra konfransın sədri və sədr müavini seçilib, eləcə də konfransın gündəliyi qəbul edilib. Daha sonra Yerli və Regional Hakimiyyətlər Konqresinin sədri Natalya Romanova, Avropa İttifaqı adından səfir Maykl Devenport və Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Nils Muijnieksin çıxışları dinlənilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov ölkəmizdə informasiya texnologiyalarının tətbiqi sahəsində həyata keçirilən tədbirlər və islahatlar barədə məlumat verib.

Türkiyə Respublikası Baş nazirinin müavini - dövlət naziri Bülent Arınç Türkiyədə peşəsi ilə əlaqədar heç bir jurnalistin həbs olunmadığını, peşəsi jurnalist olan bəzi şəxslərin isə dövlət əleyhinə törətdikləri cinayətlərə görə həbs edildiklərini bildirib.

Konfrans çərçivəsində "İnternetə çıxış və əsas hüquqların əldə edilməsi", "Jurnalistliyə qarşı çağdaş təhdidləri biz necə həll edirik?", "Yeni media ekosistemində plüralizm, müxtəliflik və keyfiyyət - imkanlar və risklər" və "Onlayn nifrət" mövzulu sessiyalar keçirilib. Nümayəndə heyətimiz konfransın işində fəal iştirak edib.

Konfransın yekununda nazirlər tərəfindən Siyasi Bəyannamə və qərarlar qəbul edilib.

Eyni zamanda, qeyd olunan konfransa hazırlıq məqsədi ilə 6 noyabr tarixində keçirilmiş Avropa Şurası Media və İnformasiya Cəmiyyəti üzrə (CDMSİ) rəhbər komitənin 4-cü iclasında Azərbaycanı həmin komitənin üzvü Ceyran Əmiraslanova təmsil edib.

Səfər çərçivəsində nümayəndə heyətimizin üzvləri Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfirliyinin əməkdaşları ilə birgə Azərbaycan hökumətinin dəstəyi ilə təmir və bərpa edilmiş "Taşmaydan" parkını ziyarət edib, burada ucaldılmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, eləcə də görkəmli serb yazıçısı Milorad Paviçin heykəlləri və 1999-cu ildə Belqrad şəhərinin bombalanması nəticəsində həlak olmuş uşaqların xatirəsinə ucaldılmış lövhənin önünə gül dəstələri qoyub, habelə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Azərbaycan hökumətinin dəstəyi ilə təmir və bərpa edilmiş "Bayraklı Cami" məscid kompleksini ziyarət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti