...

Azərbaycanın ikinci böyük şəhəri Gəncə 2016-cı ilin “Avropa gənclər paytaxtı” seçilib

Cəmiyyət Materials 22 Noyabr 2013 10:46 (UTC +04:00)
Azərbaycanın ikinci böyük şəhəri Gəncə 2016-cı ilin "Avropa gənclər paytaxtı" seçilib. Trend-in məlumatına görə, bu barədə Avropa Gənclər Forumunun (European Youth Forum) rəsmi saytı xəbər verir.
Azərbaycanın ikinci böyük şəhəri Gəncə 2016-cı ilin “Avropa gənclər paytaxtı” seçilib

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir S.Əhmədova/

Azərbaycanın ikinci böyük şəhəri Gəncə 2016-cı ilin "Avropa gənclər paytaxtı" seçilib. Trend-in məlumatına görə, bu barədə Avropa Gənclər Forumunun (European Youth Forum) rəsmi saytı xəbər verir.

Avropa Gənclər Forumunun prezidenti Peter Matyaşiç bildirib: "Biz Gəncəni ciddi, müxtəlif təkliflərinə görə və gənclərin iştirakı, təhsil, məşğulluq kimi məsələlərin həllinə sadiq olduğu üçün təbrik edirik".

Gəncə Vilnüs (Litva), Varna (Bolqarıstan), Qaluey (İrlandiya), La-laquna və Badajoz (hər ikisi İspaniya) kimi şəhərləri geridə qoyaraq qalib olub.

Qeyd edək ki, "Avropa gənclər paytaxtı" titulu bir il müddətinə verilir. Bu müddət ərzində həmin şəhərə gənclər üçün mədəni, idman, ictimai və siyasi tədbirlər keçirmək imkanı yaradılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti