...

Azərbaycan Vyetnamın paytaxtında keçirilən xeyriyyə yarmarkasında təmsil olunub (FOTO)

Cəmiyyət Materials 26 Noyabr 2013 10:06 (UTC +04:00)
Azərbaycan Hanoyda xeyriyyə yarmarkasında təmsil olunub.
Azərbaycan Vyetnamın paytaxtında keçirilən xeyriyyə yarmarkasında təmsil olunub (FOTO)

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir S.Əhmədova/

Azərbaycan Hanoyda xeyriyyə yarmarkasında təmsil olunub.

Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Azərbaycanın Vyetnamdakı səfirliyi ölkəmiz üçün ayrılmış stenddə Azərbaycanda istehsal olunan narşərab, mürəbbə, meyvə şirələri, çay, şəkərbura, paxlava, milli suvenirlər, xalçalar, habelə ölkəmizlə bağlı şəkillər, kitablar, bukletlər və digər təbliğat materiallarını nümayiş etdirib. Azərbaycan üçün ayrılmış stend yarmarkada ən çox ziyarət olunan stendlərdən biri olub.

Hər il ənənəvi olaraq təşkil olunan xeyriyyə yarmarkası Hanoyda keçirilən ən kütləvi tədbirlərdən biri hesab olunur. Yarmarkada Türkiyə, Rusiya, ABŞ, Çin, Kanada, Fransa, Böyük Britaniya, Almaniya və s., ümumən 42 ölkə təmsil edilib.

Yarmarkanın keçirilməsinin əsas məqsədi satışa çıxarılan məhsullardan əldə olunan vəsaitin xeyriyyə layihələrinə sərf olunmasıdır. Bununla yanaşı, yarmarka iştirakçı ölkələrin tarixi irsinin, mədəniyyətinin və mətbəxinin təbliğ olunması baxımından böyük əhəmiyyət kəsb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti