...

Azərbaycanda ilk dəfə olaraq bu il xarici ölkə vətəndaşları insan alverinin qurbanı qismində müəyyən edilib

Cəmiyyət Materials 26 Noyabr 2013 11:30 (UTC +04:00)
"Azərbaycanda insan alveri ilə bağlı cinayət hallarının sayı azalıb. Bu il ərzində müəyyən etdiyimiz cinayətlər arasında 15 cinsi itismar, 4 məcburi əməyə cəlbetmə ilə əlaqədər insan alveri halları müəyyən etmişik".
Azərbaycanda ilk dəfə olaraq bu il xarici ölkə vətəndaşları insan alverinin qurbanı qismində müəyyən edilib

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir İ.İzzət/

"Azərbaycanda insan alveri ilə bağlı cinayət hallarının sayı azalıb. Bu il ərzində müəyyən etdiyimiz cinayətlər arasında 15 cinsi istismar, 4 məcburi əməyə cəlbetmə ilə əlaqədar insan alveri halları müəyyən etmişik". Trend xəbər verir ki, bunu DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis polkovniki Cavad Şıxəliyev ATƏT-in Bakı Ofisi tərəfindən təşkil edilən insan alveri qurbanlarının müdafiəsi mexanizmlərinə həsr olunmuş beynəlxalq seminarda çıxışı zamanı bildirib.

C.Şıxəliyev deyib ki, Azərbaycanda ilk dəfə olaraq bu il xarici ölkə vətəndaşı insan alverinin qurbanı qismində müəyyən edilib. Onlardan 2 nəfərinə miqrant statusu verilib.

Onun sözlərinə görə, Azərbaycanda insan alveri ilə mübarizə ilə bağlı işlərə ciddi önəm verilir. Görülən təbirlərin nəticəsidir ki, illər üzrə götürdükdə insan alveri ilə bağlı cinayətlərin sayının azalması tendensiyası müşahidə edilir: əvvəllər 80-85 cinayət işi istintaq edilirdisə, daha sonra bu göstərici 70-60-a, bu gün isə 15-ə enib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti