...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə Vyanada "Avrasiyanın yeni dünyada gələcəyi" mövzusunda beynəlxalq forum keçiriləcək

Cəmiyyət Materials 29 Noyabr 2013 08:18 (UTC +04:00)
Dekabrın 3-4-də Vyana şəhərində Beynəlxalq Dialoq və Əməkdaşlıq Mərkəzi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin iştirakı və dəstəyi ilə "Avrasiyanın yeni dünyada gələcəyi" ("Eurasia’s future on the global stage") mövzusunda beynəlxalq forum keçiriləcək.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə Vyanada "Avrasiyanın yeni dünyada gələcəyi" mövzusunda beynəlxalq forum keçiriləcək

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

Dekabrın 3-4-də Vyana şəhərində Beynəlxalq Dialoq və Əməkdaşlıq Mərkəzi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin iştirakı və dəstəyi ilə "Avrasiyanın yeni dünyada gələcəyi" ("Eurasia's future on the global stage") mövzusunda beynəlxalq forum keçiriləcək.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən Trend-ə verilən məlumata görə, forumun əsas qonaqları qismində ABŞ-ın sabiq Prezidenti Bill Klinton və Avropa Komissiyasının sədri Xose Manuel Borrozu iştirak edəcəklər. Toplantının digər iştirakçıları sırasında Bolqarıstanın sabiq Prezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Petar Stoyanov, İsgəndəriyyə Kitabxanasının direktoru, Dünya Bankının sabiq vitse-prezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin olacaqlar.

Forum çərcivəsində Mərkəzin nümayəndələri ilə ikitərəfli görüşlər keçiriləcək və 2014-cü ilin aprel ayında Bakıda reallaşacaq II "Shared Societies" forumuna hazırlıqla bağlı III Koordinasiya toplantısı keçiriləcək.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Beynəlxalq Dialoq və Əməkdaşlıq Mərkəzi arasında əməkdaşlığın əsası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bakıda keçirilən I Ali qrup görüşü çərcivəsində xüsusi əməkdaşlıq memorandumu ilə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti