...

ADA-da Avropa İttifaqı Araşdırmalar Mərkəzi fəaliyyətə başlayacaq

Cəmiyyət Materials 29 Noyabr 2013 16:27 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyası (ADA) Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi ilə qrant müqaviləsi imzalayıb.
ADA-da Avropa İttifaqı Araşdırmalar Mərkəzi fəaliyyətə başlayacaq

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir S.Əhmədova/

Azərbaycan Diplomatik Akademiyası (ADA) Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi ilə qrant müqaviləsi imzalayıb.

Trend-in Akademiyaya istinadən verdiyi məlumata görə, müqaviləyə əsasən ADA-da Avropa İttifaqı Araşdırmalar Mərkəzi fəaliyyətə başlayacaq. Bu Mərkəz dövlət qulluqçularına təlimlər verməklə yanaşı, ADA-da Avropa İttifaqı üzrə magistratura proqramının yaradılmasına yardım göstərəcək. Magistratura proqramının Akademiyanın 2007-ci ildən bəri əməkdaşlıq etdiyi Belçikanın Avropa Kolleci ilə birgə həyata keçiriləcəyi planlaşdırılır.

Qrant müqaviləsi əsasında, həmçinin Azərbaycan-Avropa İttifaqı əlaqələrinə həsr olunmuş üç konfransın təşkili, kitabxananın yaradılması, ADA-nın professor və müəllim heyətinin Avropa universitetlərinə səfərləri, tələbə mübadiləsi, təlimçilər üçün təlim proqramlarının keçirilməsi, o cümlədən tədris proqramının təkmilləşdirilməsi kimi işlər görüləcək.

Yaradılacaq Avropa İttifaqı üzrə magistratura proqramı ADA-nın Diplomatiya və Beynəlxalq Münasibətlər üzrə magistratura proqramının tərkibində həyata keçiriləcək. Qeyd edək ki, 2014-2015-ci akademik il üçün ADA-nın Diplomatiya və Beynəlxalq Münasibətlər İctimai Siyasət ixtisasları üzrə magistratura proqramlarına tələbə qəbulu davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti