Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir İ.İzzət/
Bu ilin 11 ayı ərzində respublikada baş verən yol qəzaları zamanı 77 azyaşlı uşaq ölüb, 258-i yaralanıb. Bunu Trend-ə eksklüziv olaraq Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.
Şöbə rəsinin sözlərinə görə, ölənlərin 27-si, xəsarət alanların isə 59-u 7 yaşına qədər azyaşlılar olub. Ölənlərin 50-si, xəsarət alanların 199-u isə 7-16 yaşlı uşaqlar olub.
Qeyd edək ki, Azərbaycanda 2013-cü ilin 11 ayı ərzində 2646 yol nəqliyyat hadisəsi baş verib. Baş verən qəzalar zamanı 1061 nəfər ölüb, 2761 nəfər yaralanıb.