Azərbaycan, Bakı, 12 dekabr /Trend/
Bu gün Azərbaycan Diplomatik Akademiyasında (ADA) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi yad edilib.
Akademiyadan Trend-ə verilən məlumata görə, Heydər Əliyevin vəfatından 10 il keçdiyi bir gündə ADA-nın rektoru, Azərbaycan xarici işlər nazirinin müavini səfir Hafiz Paşayev Akademiyada təhsil alan tələbələrlə görüşüb və bu dahi şəxsiyyətlə bağlı şəxsi xatirələrini bölüşüb.
Heydər Əliyevin ABŞ-a səfərləri və ABŞ prezidentləri ilə keçirdiyi görüşlərdən danışan H.Paşayev onun dövlət və xalq quruculuğunda əvəzedilməz rolunu vurğulayıb:
"Heydər Əliyevin yürütdüyü xarici siyasət Azərbaycan xalqının inkişafına və işıqlı gələcəyə ümidlə baxmasına təkan oldu".