...

Gənclər və idman naziri Qubada vətəndaşları qəbul edib (FOTO)

Cəmiyyət Materials 17 Dekabr 2013 13:21 (UTC +04:00)
Bu gün gənclər və idman naziri Azad Rəhimov Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarının sakinlərini qəbul edib.
Gənclər və idman naziri Qubada vətəndaşları qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 17 dekabr /Trend/

Bu gün gənclər və idman naziri Azad Rəhimov Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarının sakinlərini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qubada Heydər Əliyev Mərkəzində baş tutan qəbulda 40-a yaxın vətəndaş iştirak edib.

İdman zallarının tikintisi, stadionların və idman qurğularının idman avadanlıqları ilə təchiz edilməsi və digər mövzularla bağlı edilən müraciətlərin sayı 20-yə qədər olub.

5-dən artıq müraciət gənclər mərkəzlərinin tikintisi, gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması istiqamətində olub.

Digər müraciətlər isə ipoteka kreditlərinin verilməsi və işlə bağlı edilib.

Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması tələb edən məsələlər isə nəzarətə götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti