...

Azərbaycanda həftə ərzində mülayim və yağmursuz hava şəraiti hökm sürəcək

Cəmiyyət Materials 19 Dekabr 2013 12:01 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında dekabrın 20-də havanın temperaturu gecə 0 dərəcəyə yaxın, gündüz 5-9 dərəcə isti olacaq.
Azərbaycanda həftə ərzində mülayim və yağmursuz hava şəraiti hökm sürəcək

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

Azərbaycanda həftə ərzində mülayim və yağmursuz hava şəraiti hökm sürəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildirilib ki, dekabrın 20-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Bəzi yerlərdə zəif duman proqnozlaşdırılır, mülayim şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında dekabrın 20-də havanın temperaturu gecə 0 dərəcəyə yaxın, gündüz 5-9 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 20-də hava əsasən yağmursuz keçəcək, əsasən gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Aran rayonlarında gecə 0-5 dərəcə şaxta, gündüz 5-11 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz isə 0-5 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə gecə 15-18, gündüz 2-7 dərəcə şaxta proqnozlaşdırılır.

Dekabrın 22-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti