...

Heydər Əliyev Mərkəzinə məktəblilərin ekskursiya layihəsi maraq doğurub (FOTO)

Cəmiyyət Materials 25 Dekabr 2013 16:43 (UTC +04:00)
Heydər Əliyev Mərkəzinin bu ilin sentyabr ayından məktəblilər, təlim-tərbiyə müəssisələrinin uşaqları arasında həyata keçirdiyi ekskursiya layihəsi maraqla qarşılanıb. Sentyabr ayından indiyə qədər Bakının müxtəlif məktəblərindən 10 mindən çox şagird qrup şəklində Heydər Əliyev Mərkəzində olub.
Heydər Əliyev Mərkəzinə məktəblilərin ekskursiya layihəsi maraq doğurub (FOTO)

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

Heydər Əliyev Mərkəzinin bu ilin sentyabr ayından məktəblilər, təlim-tərbiyə müəssisələrinin uşaqları arasında həyata keçirdiyi ekskursiya layihəsi maraqla qarşılanıb. Sentyabr ayından indiyə qədər Bakının müxtəlif məktəblərindən 10 mindən çox şagird qrup şəklində Heydər Əliyev Mərkəzində olub.

Mərkəzdən Trend-ə verilən məlumata görə, bu layihə yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrlə, tarixi keçmişinə bağlı ruhda böyüməsinə, ölkəmiz haqqında bilik və məlumatlarının artırılmasına xidmət edir.

Layihəyə əsasən, məktəblilər 5 saat ərzində dünya memarlığının incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası ilə tanış olurlar. Onlar Heydər Əliyev Muzeyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, irsi barədə məlumat alır, Mərkəzdə nümayiş olunan sərgilərə baxır, eksponatlar haqqında maraqlı faktlar öyrənirlər.

"Azərbaycan inciləri: tarixin axarında", "Mini Azərbaycan", "Kosmosa səyahət" sərgiləri məktəblilərdə xüsusi maraq doğurub.

Ekskursiya zamanı hər yaş qrupu üzrə fərqli interaktiv təlim proqramı tətbiq olunur, həmçinin onlara ekskursiyadan xatirə kimi hədiyyələr təqdim edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti