...

Daxili İşlər Nazirliyi ölkədə təhlükəsizlik tədbirlərini gücləndirir

Cəmiyyət Materials 27 Dekabr 2013 11:27 (UTC +04:00)
Əmrdə 2013-cü dekabr ayının 31-dən 2014-cü il yanvar ayının 7-dək DİN-in Aparatının, ona bilavasitə tabe qurumlarının, ərazi polis orqanlarının, nizami polis hissələrinin şəxsi heyətinin gücləndirilmiş iş variantına keçirilməsi tələb olunur.
Daxili İşlər Nazirliyi ölkədə təhlükəsizlik tədbirlərini gücləndirir

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir İ.İzzət/

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərində tədbirlərin keçirildiyi, o cümlədən əhalinin kütləvi istirahət yerlərində və digər ərazilərdə ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının etibarlı qorunmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasınin daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildiriblər.

Əmrdə 2013-cü dekabr ayının 31-dən 2014-cü il yanvar ayının 7-dək DİN-in Aparatının, ona bilavasitə tabe qurumlarının, ərazi polis orqanlarının, nizami polis hissələrinin şəxsi heyətinin gücləndirilmiş iş variantına keçirilməsi tələb olunur.

Eyni zamanda, hüquq qaydasına nəzarətin gücləndirilməsi məqsədilə ictimai yerlərdə və küçələrdə post partul naryadlarının sıxlığının artırılması, su, hava, dəmiryolu nəqliyyatında, avtovağzallarda, limanlarda, Metropolitendə və digər strateji obyektlərdə mühafizənin gücləndirilməsi tələb olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti