...

Polis Bakıda 8800 partlayıcı oyuncaq aşkar edərək götürüb

Cəmiyyət Materials 28 Dekabr 2013 13:08 (UTC +04:00)
Paytaxtın 3 rayonundakı ticarət obyektlərindən partlayıcı oyuncaqlar aşkar edilərək götürülüb.
Polis Bakıda 8800 partlayıcı oyuncaq aşkar edərək götürüb

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir İ.İzzət/

Paytaxtın 3 rayonundakı ticarət obyektlərindən partlayıcı oyuncaqlar aşkar edilərək götürülüb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən paytaxtın Nizami, Sabunçu və Nərimanov rayonlarının ərazisindəki ticarət obyektlərində yoxlama aparılır.

Yoxlamalar nəticəsində yüksək səsyayıcı qabiliyyətə malik olan 8800 ədəd partlayıcı oyuncaqlar aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti