...

Təhsil naziri "Tədris vəsaitlərinə nəşr hüququ verilməsi Qaydaları"nı təsdiqləyib

Cəmiyyət Materials 28 Dekabr 2013 17:04 (UTC +04:00)
Azərbaycanın təhsil naziri "Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi Qaydalarının təsdiq edilməsi bаrədə" əmr imzalayıb.
Təhsil naziri "Tədris vəsaitlərinə nəşr hüququ verilməsi Qaydaları"nı təsdiqləyib

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın təhsil naziri "Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi Qaydalarının təsdiq edilməsi bаrədə" əmr imzalayıb.

Trend Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, əmr dərslik, dərs vəsaiti və digər tədris vasitələrinə nəşr hüququnun verilməsi ilə bağlı mövcud qaydaların təkmilləşdirilməsi, onların müasir standartlara, fənn kurikulumuna (fənn proqramı) uyğun hazırlanması və qeyd olunan prosesin səmərəli təşkil olunmasını təmin etmək məqsədlərinə xidmət edir.

"Təhsil haqqında" qanuna əsasən, Təhsil Nazirliyi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin hazırlanmasını, təsdiqlənməsini və nəşrini təmin edir. Bu baxımdan "Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi Qaydaları" təhsil müəssisələri üçün dərslik, dərs vəsaitləri, metodiki rəhbərlik və göstərişlərə nəşr hüququnun (qrif) verilməsi məsələlərinin müasir tələblərə uyğun tənzimlənməsinə imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti