...

Bacının azyaşlı oğlu vasitəsilə məhkum qardaşına "bayram sovqatı" vermək cəhdi baş tutmadı

Cəmiyyət Materials 1 Yanvar 2014 22:31 (UTC +04:00)
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş İdarəsinin və 10 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisəyə mobil telefon aparatı keçirmək cəhdinin qarşısı alınıb.
Bacının azyaşlı oğlu vasitəsilə məhkum qardaşına "bayram sovqatı" vermək cəhdi baş tutmadı

Azərbaycan, Bakı, 1 yanvar /Trend/

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş İdarəsinin və 10 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisəyə mobil telefon aparatı keçirmək cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 01.01.2014-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, 1976-cı il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Müzəffər Zülfüqar oğlu Əliyevin yanına qısamüddətli görüşə gəlmiş Səbail rayonu Badamdar qəsəbəsində yaşayan bacısı vətəndaş Həbibə Zülfüqar qızı Həsənovanın üzərinə və gətirdiyi sovqata baxış keçirilərkən onunla birlikdə görüşə gəlmiş 2003-cü il təvəllüdlü oğlu İlkin Elşad oğlu Həsənlinin gödəkçəsinin cibində gizlətdiyi bir ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti