...

Bayram günlərində Bakıda ölümlə nəticələnən yol qəzası baş verməyib

Cəmiyyət Materials 2 Yanvar 2014 13:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 yanvar /Trend, müxbir E.Mehdiyev/

Bayram günlərində Bakıda ağır yol-nəqliyyat hadisələri baş verməyib. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

V.Əsədov deyib: "Bayram günlərində paytaxtda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri qeydə alınmayıb".

Onun sözlərinə görə, dekabrın 31-i yanvarın 1-də Bakıda maddi zərərlə və yüngül bədən xəsarəti ilə nəticələnən bir sıra yol qəzaları qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti