...

Ötən il Bakıda oğurlanan 34 avtomobil hələ də tapılmayıb

Cəmiyyət Materials 14 Yanvar 2014 13:23 (UTC +04:00)
2013-cü il ərzində Bakı şəhəri üzrə 154 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması faktı qeydə alınıb.
Ötən il Bakıda oğurlanan 34 avtomobil hələ də tapılmayıb

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir İ.İzzət/

2013-cü il ərzində Bakı şəhəri üzrə 154 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması faktı qeydə alınıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, görülən əməliyyat-axtarış tədbirləri nəticəsində onlardan 120-si tapılaraq sahibinə qaytarılıb, 34 avtomobilin axtarışı isə hələ də davam etdirilir.

Bölmə rəisi, həmçinin qeyd edib ki, hesabat ilində yol polisi əməkdaşları tərəfindən axtarışda olan 7 cinayətkar tutulub, 2 fakt üzrə isə narkotik maddə aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti