...

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib

Cəmiyyət Materials 17 Yanvar 2014 18:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Komissiyanın sədr müavini Vəfadar Misirov bu hadisənin xalqımızın birlik və bərabərlik təcəssümü olduğunu bildirərək həmin tarixi günün Azərbaycanın müstəqillik qazanmasında əhəmiyyətli rol oynadığını qeyd etmişdir. 1990-cı ilin 20 yanvar gününun Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsini qarşısıalınmaz və dönməz etdiyini vurğulayan V.Misirov qeyd etmişdir ki, öz canını Vətən uğrunda qurban vermiş və şəhidlik zirvəsinə yüksəlmiş insanların xatirəsi qəlbimizdə daima yaşayacaqdır.

Sonra çıxış edən Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin baş məsləhətçisi-mətbuat katibi Asəf Əliyev 20 Yanvar faciəsi barədə ətraflı məlumat vermiş və 1990-cı ilin yanvarında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü naminə mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı Sovet imperiyasının qoşun birləşmələrinin törətdiyi qanlı cinayətlərdən danışmış və vurğulamışdır ki, bu gün, həm də şanlı səhifə kimi Azərbaycan tarixinə yazılmışdır. Sonda şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti