...

Azərbaycanın bəzi ərazilərində qar yağacaq

Cəmiyyət Materials 20 Yanvar 2014 12:31 (UTC +04:00)
Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 1-3 dərəcə, gündüz 4-6 dərəcə isti olacaq.
Azərbaycanın bəzi ərazilərində qar yağacaq

Azərbaycan, Bakı, 20 yanvar /Trend/

Azərbaycanda yanvarın 21-ə bəzi dağətəyi və dağlıq rayonlarda qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, yanvarın 21-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağıntılı olacaq, gündüz dəyişkən buludlu olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 1-3 dərəcə, gündüz 4-6 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında yanvarın 21-də havanın bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 6-11 isti, gecə dağlarda 5-10 şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti