...

20 Yanvar faciəsini Polşa ictimaiyyətinə fərqli üsulda çatdırılıb (FOTO)

Cəmiyyət Materials 21 Yanvar 2014 02:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

Dünya Azərbaycanlıları Konqresinin (DAK) Polşa nümayəndəliyi 20 Yanvar faciəsinin 24-cü ildönümünü qeyd edib.

Konqresin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qurum 20 Yanvar faciəsini Polşa ictimaiyyətinə daha fərqli bir üsulda çatdırıb. Belə ki, DAK-ın Polşa nümayəndəliyinin üzvlərinin təşkilatçılığı ilə üzərində 20 Yanvar faciəsini özündə əks etdirən məlumat və fotolar olan bukletlər Polşanın paytaxtı Varşava şəhərinin mərkəzi küçəsində yerli sakinlər və turistlərə paylanılıb.

Bu aksiya insanların böyük marağına səbəb olub. Bukletlərlə yanaşı, yerli sakinlərə 20 Yanvar faciəsi barədə ətraflı məlumat verilib.

Bundan əlavə, 20 Yanvar faciəsi haqqında Polşanın kütləvi informasiya vasitələrinə ətraflı məlumat göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti