...

Azərbaycanda intihar məqsədilə əlilin özünü yandırması faktı ilə bağlı cinayət işi açılıb

Cəmiyyət Materials 27 Yanvar 2014 17:10 (UTC +04:00)
Qeyd edək ki, bu gün səhər saatlarında rayon sakini, ikinci qrup əlil, 1969-cu il təvəllüdlü Nizami Yusif oğlu Kərimov üzərinə benzin tökərək intihara cəhd edib.
Azərbaycanda intihar məqsədilə əlilin özünü yandırması faktı ilə bağlı cinayət işi açılıb

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir İ.İzzət/

Azərbaycanda intihar məqsədilə əlilin özünü yandırması faktı ilə bağlı cinayət işi açılıb.

Yevlax rayon Prokurorluğundan Trend-ə bildiriblər ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb. İstintaq işləri aparılır.

Qeyd edək ki, bu gün səhər saatlarında rayon sakini, ikinci qrup əlil, 1969-cu il təvəllüdlü Nizami Yusif oğlu Kərimov üzərinə benzin tökərək intihara cəhd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti