...

Gəncənin girişində avtomobil tıxaclarının qarşısı alınacaq

Cəmiyyət Materials 28 Yanvar 2014 19:56 (UTC +04:00)
Gəncədə avtomobillərin normal hərəkətini təmin etmək məqsədi ilə görülən işlər davam etdirilir.
Gəncənin girişində avtomobil tıxaclarının qarşısı alınacaq

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Gəncədə avtomobillərin normal hərəkətini təmin etmək məqsədi ilə görülən işlər davam etdirilir.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, şəhərin Kimyaçılar küçəsi 10 metr genişləndirilərək 22 metrə çatdırılır. Bu küçə öz başlancığını şəhərin girişindən götürərək Tağı Arani küçəsinə qədər uzanır.

Aparılan işlərdən sonra uzunluğu 2 km-dən çox olan yolda avtomobillərin ikitərəfli hərəkəti təmin olunacaq. Həmçinin burada mövcud olan yüksək gərginlikli elektrik xətləri yer altına salınacaq.

Yolun genişləndirilməsi Gəncənin girişində avtomobil tıxaclarının da qarşısını alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti