...

Gəncə gəncləri bayramlarını qeyd edirlər (FOTO)

Cəmiyyət Materials 30 Yanvar 2014 18:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

Yanvarın 30-da 2 fevral - Gənclər Günü ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı Gənclər Birliyinin təşkil etdiyi yürüş Gəncədə geniş əks-səda doğurub.

Fəal gənclərin iştirak etdiyi yürüş YAP Gəncə şəhər təşkilatı qərargahının qarşısından başlayıb. Gənclər əllərində gəncliklə bağlı şüarlar yazılmış plakatlar, bukletlər, şarlar və bayraqlarla irəliləyiblər. Yürüşə qoşulan 15 nəfər gitaraçı gənc musiqiləri ilə yürüşə rəng qatıb.

Üzlərinə boyalarla Azərbaycan bayrağını və ay-ulduz şəkillərini çəkən gənclər şəhərdə olan bir qrup məşğuliyyətsiz gəncə yaxınlaşaraq buklet və bayraqlar verib, onları bu yürüşə qoşulmağa, həmrəy olmağa çağırıblar. Gəncənin Cavad xan küçəsində yürüşə davam edən gənclər əlil gənclərə yaxınlaşıb, onlarda həyat eşqini artırmaq üçün söhbətlər edərək bu yürüşə qoşulmağa dəvət ediblər. Yürüş boyu sayı artan gənclər Həsən Əliyev küçəsinə gələrək orada öz əl işləri ilə "street art" - küçə sənəti sərgiləyiblər.

Tədbir çərçivəsində "Aura Park" İstirahət və Əyləncə Mərkəzində keçirilən "flashmob" və "party" gənclərdə xoş təəssüratlar yaradıb.

Sonda gənclər Heydər Əliyev park-kompleksində yerləşən Zəfər tağının qarşısına gəliblər. Burada arzu və istəklərini yazdıqları 100-dən çox dilək fənərlərini səmaya uçurublar.

YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin keçirdiyi bu yürüşün əsas məqsədi müxtəlif kateqoriyadan olan gəncləri bir araya toplayaraq onların arasında həmrəylik yaratmaq olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti