...

Nümayişlər Kiyevin mərkəzi küçəsinə 3 milyon dollar ziyan vurub

Cəmiyyət Materials 7 Fevral 2014 17:15 (UTC +04:00)
Müxalifətin keçirdiyi nümayişlər nəticəsində Kiyevin mərkəzində Qruşevski küçəsindəki bina və yollara 3 milyon dollar ziyan dəyib.
Nümayişlər Kiyevin mərkəzi küçəsinə 3 milyon dollar ziyan vurub

Azərbaycan, Bakı, 7 fevral /Trend/

Müxalifətin keçirdiyi nümayişlər nəticəsində Kiyevin mərkəzində Qruşevski küçəsindəki bina və yollara 3 milyon dollar ziyan dəyib. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu, ilkin rəqəmdir.

Məlumata görə, dəymiş ziyanın ödənilməsi ilə bağlı hələlik 1 kompensasiya ödənişi həyata keçirilib. Həmin kompensasiyanın dəyəri 30 min dollardan çox olub.

Xatırladaq ki, Ukraynada etiraz aksiyaları ötən ilin noyabr ayında Nazirlər Kabinetinin avrointeqrasiyaya fasilə verilməsi barədə açıqlamasından sonra başlayıb. Müxalifətin yanvarın 19-da Kiyevdə keçirdiyi növbəti xalq nümayişi zamanı radikallarla hüquq mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaranıb. İştişaşlar nəticəsində 3 nəfər həlak olub. Müxalifət hökumətin istefasını və avrointeqrasiyanın davam etdirilməsini tələb edir.

Ukrayna Prezidenti Viktor Yanukoviç Nikolay Azarovun Baş nazir vəzifəsindən azad edilməsinə dair fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti də istefaya göndərilib. Hazırda Baş nazirin səlahiyyətlərini Baş nazirin I müavini Sergey Arbuzov icra edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti