...

Azərbaycanda yük avtomobilləri tərəzidə çəkildikdən sonra magistral yollara buraxılacaq

Cəmiyyət Materials 14 Fevral 2014 13:52 (UTC +04:00)
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları bu gündən etibarən ağır yüklü nəqliyyat vasitələri ilə bağlı reydlərə başlayıblar.
Azərbaycanda yük avtomobilləri tərəzidə çəkildikdən sonra magistral yollara buraxılacaq

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir E.Mehdiyev/

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları bu gündən etibarən ağır yüklü nəqliyyat vasitələri ilə bağlı reydlərə başlayıblar. Bu barədə Trend-ə ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, bu gündən etibarən Bakı-Qazax-Gürcüstan sərhədi, Bakı-Quba-Rusiya sərhədi avtomobil yollarında reydlərə başlanılıb.

P.Mürsəliyev qeyd edib ki, bu reydlərin bütün magistralları əhatə edəcəyi gözlənilir: "Magistrallarda tərəzilər quraşdırılıb, nəqliyyat vasitələri həmin tərəzilərə çıxarılaraq ölçülür. Yükü normadan artıq olan nəqliyyat vasitələri hərəkət etdiyi marşrutdan kənarlaşdırılır. Onların hərəkətinə icazə yalnız yük normal vəziyyətə gətirildikdən sonra verilir".

O, əlavə edib ki, bu reydlər davamlı xarakter alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti