...

Müdafiə Nazirliyinin mətbuat xidmətinə yeni rəis müavini təyin edilib

Cəmiyyət Materials 11 Mart 2014 18:21 (UTC +04:00)
Bu günlərdə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə polkovnik-leytenant İsa İsmayılov Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinə yeni rəis müavini təyin edilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir İ.İzzət/

Bu günlərdə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə polkovnik-leytenant İsa İsmayılov Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. Bu barədə Trend-ə Müdafiə Nazirliyindəki mənbə məlumat verib.

Mənbə həmçinin bildirib ki, polkovnik-leytenant İ.İsmayılovun xidmətdən kənarlaşdırılması haqqında məlumatlar əsassızdır.

Qeyd edək ki, İ.İsmayılov bundan əvvəl Müdafiə Nazirliyinin mətbuat xidmətinin baş zabiti, daha öncə isə "Azərbaycan Ordusu" qəzetinin baş redaktoru olub.

Xatırladaq ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəis müavini mayor Teymur Abdullayev öz ərizəsi ilə istefaya göndəriləndən sonra bu vəzifə vakant qalmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti