...

Jurnalistlər "Aura" Sağlamlıq mərkəzində pilates dərsində iştirak ediblər

Cəmiyyət Materials 12 Mart 2014 19:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart/Trend/

Jurnalistlər "Excelsior Hotel Baku" oteli "Aura" Sağlamlıq mərkəzində keçirilən pilates dərslərində iştirak ediblər.

"Ata Holding"dən çərşənbə günü Trend-ə verilən məlumata görə, otelin Marketinq və Satış departamentinin direktoru Damla Bayık bildirdi ki, "Aura" Sağlamlıq mərkəzində pilates dərsi həftədə iki dəfə peşəkar məşqçilər tərəfindən aparılır. Aylıq abonement əldə edən qonaqlar pilates dərslərində iştirak edə bilirlər.

Pilates - fiziki məşğələlər sistemi olub, bədənin əzələlərini möhkəmləndirir, çevikliyi artırır və orqanizmin ümumi fiziki durumunu yaxşılaşdırır. Pilates dərslərində əsas məqsəd - insanı öz təbii halına qaytarmaq, çeviklik, dözüm vermək, onu uşaqlıq illərində etdiyi kimi - sərbəst, yüngül və plastik hərəkət etməyi öyrətməkdir. Pilates sistemində bədənin bütün hissələri üçün hərəkətlər kiçik xalçaların üzərində və xüsusi işlənib hazırlanmış avadanlıqda yerinə yetirilir. Bu metod sağlamlıq üçün heç bir təhlükə yaratmır və fiziki hazırlıqdan və yaş həddindən asılı olmayaraq hər kəsə yarayır. Bu idman növü qadınlar arasında böyük populyarlıq qazanmışdır. Pilates təhlükənin aşağı dərəcəsi olan məşğələlər kateqoriyasına aiddir. Bu, o mənada unikal sistemdir ki, bədənə çox yüngül təsir edir və eyni zamanda güclü möhkəmləndirici effekt verir.

Qeyd edək ki, Excelsior Hotel Baku" oteli Aura Sağlamlıq mərkəzində pilates dərsləri həftədə iki dəfə aparılır. "Excelsior Hotel Baku" otelinə 496 78 02 telefon nömrəsinə zəng edərək dərslər haqqında geniş məlumat almaq mümkündür.

"Excelsior Hotel Baku" oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. "Excelsior Hotel Baku" mehmanxanası 1 "İmperial" lüks, 2 "Royal" lüks, 4 "Crown" lüks, 45 "Heritage" deluks, 9 "Duke" standard otaqlar, iclas otaqları və biznes mərkəzləri, restoranlar, "Aura" sağlamlıq mərkəzindən və s. ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti